RU
Şimali Koreya nüvə sınaqlarını dayandırdı
10:10
271

Şimali Koreya nüvə sınaqlarını dayandırdı

Koreya yarımadasında sülh əldə olunması üçün daha bir addım atılıb.

7news.Az KCNA-ya istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In artıq nüvə və raket sınaqlarına ehtiyac olmadığını açıqlayıb.

Bununla nüvə sınaqları dayandırılıb. Şimali koreya ordusu 21 apreldən etibarən raket atışları həyata keçirməyəcək.

Punggye-ri nüvə sınağı meydanı bağlanıb.

Şimali koreya lideri bölgədəki gərginliyin azalması üçün əlindən gələni əsirgəməyəcəyini ifadə edib.

Qərar iqtidardakı Koreya Fəhlə Partiyasının iclasında qəbul edilib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ