RU
Şimali Koreya Sarı dənizə qanadlı raketlər atıb
17:30
27

Şimali Koreya Sarı dənizə qanadlı raketlər atıb


ABŞ-dan gələn təhdidlər qarşısında müdafiə sənayesində səfərbərlik elan edən Şimali Koreya, dünən Sarı dəniz istiqamətində strateji qanadlı raket atmağa cəhd etdiyini açıqlayıb.

7NEWS.az xəbər verir ki, Şimali Koreya xəbər agentliyinin (KCNA) məlumatına görə, "Hvasal-2” qanadlı raketinin buraxılış cəhdi ölkənin qonşularının sərhəd təhlükəsizliyinə mənfi təsir göstərməyib. Şimali Koreyanın əvvəlki açıqlamalarında 'Hvasal-2' nüvə qanadlı raketlərinin ABŞ-ın Yaponiyadakı bazaları da daxil olmaqla 2 min kilometr mənzilə sahib olduğu bildirilmişdi.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ