Şimali Koreya yenidən ABŞ-ı narahat edəcək planlara hazırlaşır.
Şimali Koreya rəhbəri yaxın günlərdə növbəti nüvə başlıqlı raket sınağına hazırlaşır.
Bu barədə Yaponiyanın Kyodo agentliyi məlumat verib. Verilən məlumata görə, KXDR hökuməti bildirib ki, əgər ABŞ və Cənubi Koreya buna mane olacaqlarsa, onların hərbi qüvvələri sərt şəkildə cəzalandırılacaq.
"Şimali Koreya Silahlı Qüvvələri KXDR-nin ləyaqət və suverenliyinə əl uzadanlara qarşı həmişə olduğu kimi mərdcəsinə mübrizə aparacaq. ABŞ-ın təxribat xarakterli planlarını amansızcasına pozacaq. ABŞ və onun vassallarına qarşı müqavimətimiz çox güclüdür. Heç bir dövlət bizim nə edəcəyimiz barədə qərar verə bilməz", - deyə bildirilib.
Məlumata görə, Şimali Koreya yaxın bir neçə gün ərzində raketi buraxa bilər./olke.az
7news.Az








