Şimali Koreyadan rəsmi Vaşinqtonun ləğv etdiyi görüşlə bağlı açıqlama verilib.
7news.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, KXDR istənilən vaxt, istənilən formatda ABŞ-la sammit keçirməyə hazır olduğunu bəyan edib:
"Biz ABŞ-la masa arxasında əyləşib istənilən vaxt, istənilən formatda məsələləri həll etməyə hazırıq".
Bəyanatda ABŞ-Şimali Koreya münasibətlərinin yoluna qoyulması üçün sammitin keçirilməsinin vacibliyi də qeyd olunur.
Xatırladaq ki, Ağ Ev rəhbəri Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla iyunun 12-də Sinqapurda keçirilməsi nəzərdə tutulan görüşü ləğv etmişdi.
7news.Az







