Cənubi Koreya mediası Şimali Koreyanın Kubadakı səfiri Ri İl Kyu həyat yoldaşı və uşağı ilə birlikdə Cənubi Koreyaya sığındığını açıqlayıb.
7NEWS.az xəbər verir ki, Yonhap-ın məlumatına görə, Şimali Koreyanın Kubadakı səfiri, təxminən 9 il Kubada xidmət edən təcrübəli diplomat Ri İl Kyu həyat yoldaşı və uşağı ilə birlikdə Cənubi Koreyaya qaçıb. Yonhap hadisənin noyabr ayında baş verdiyini yazsa da, 52 yaşlı diplomatın 2016-cı ildən Cənubi Koreyaya sığınan ən yüksək səviyyəli Şimali Koreya diplomatı olduğunu açıqlayıb.
7NEWS.az








