RU
Şimali Koreyanın səfirləri Pxenyana çağırılıblar
14:00
509

Şimali Koreyanın səfirləri Pxenyana çağırılıblar

Şimali Koreyanın Rusiya, Çin, eləcə də, ölkənin BMT-dəki nümayəndəsi  də daxil olmaqla, bir neçə ölkədə olan səfirləri Pxenyana çağrılıblar.

Bu barədə Yonhap agentliyi hökumətdəki mənbəyinə istinadən xəbər verir.  

Mənbənin məlumatına görə, Şimali Koreya iri ölkələrdəki səfirlərini geri çağırdıqdan sonra diplomatik missiyaların nümayəndələri ilə görüş təşkil edib.

Agentliyin məlumatına əsasən, səfirlərin görüşü Pxenyan ballistik raketləri sınaqdan keçirdikdən sonra ölkədə yaranan böhranla bağlı keçirilə bilər.

Digər məlumata əsasən, görüş Şimali Koreyanın gələcək nüvə sınaqları və ya hərbi fəaliyyətə hazırlıqla bağlı ola bilər./oxu

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ