7NEWS.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Miller mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Dünən Şimali Koreyaya daxil olan və əvvəlcə 'ABŞ vətəndaşı' olaraq xarakterizə edilən şəxsin ABŞ əsgəri olduğunu ifadə edən Miller, "Hazırda Müdafiə Nazirliyi ilə əlaqə saxlayırıq. Qeyd etdiyiniz kimi, o, Şimali Koreyaya qəsdən və icazəsiz keçən ABŞ əsgəri idi. Sözügedən şəxs onların əməkdaşlarından olduğu üçün, təbii ki, Müdafiə Nazirliyi cavabdehlik daşıyır və biz müvafiq ola biləcək hər hansı yardımı göstərmək üçün onlarla əlaqə saxlayırıq. Onlarla mütəmadi görüşlərimiz olur” - deyə bildirib.
7NEWS.az








