RU
13:19
1389

"Şimali Koreyaya məxsus sualtı qayıq itib"

Şimali Koreyaya məxsus sualtı qayıq itib.

7News.az CNN-ə müsahibə verən 3 ABŞ rəsmisi  Pxenyanın həftənin əvvəlindən etibarən sözügedən sualtıqayıqla rabitə əlaqəsi yarada bilmədiyini irəli sürüb. Şimali Koreya ordusu günlərdir qayığı axtarsa da onun izinə rast gələ bilməyib.  ABŞ hərbçiləri  hadisədən təsadüfən xəbər tutub və  4 gün ərzində koreyalıların sualtı qayığı axtardığını gizli şəkildə izləyib.  Həmin hərbi texnikanın  sualtı cərəyəna düşdüyü, yoxsa ümumiyyətlə batdığı dəqiq bilinmir. Hadisə ilə bağlı Pxenaydan hər hansı bir açıqlama verilməyib. Onu da qeyd edək ki, Şimali Koreyanın nüvə proqramı ilə bağlı gərginlik özünün pik həddinə çatıb. Cənubi Koreya və ABŞ ordusu 320 min nəfərlik heyətlə yarımada yaxınlığında  hərbi təlim gerçəkləşdirir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ