RU
Şimali Makedoniyanın baş naziri istefa verdi
17:12
40

Şimali Makedoniyanın baş naziri istefa verdi


Şimali Makedoniyanın baş naziri Dimitar Kovaçevski tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

7NEWS.az xəbər verir ki, Şimali Makedoniya Məclisinin qarşısında mətbuata açıqlama verən Kovaçevski istefa ərizəsini təqdim etmək üçün Məclisə gəldiyini bildirib. Qanuna görə, mayın 8-də ölkədə keçirilməsi planlaşdırılan ümumi seçkilərə 100 gün qalmış hazırkı hökumət istefa verməli, ölkəni seçkilərə hazırlamaq üçün texnokratik hökumət qurulmalıdır. Şimali Makedoniya parlamentinin sədri Kaferi dünən Kovaçevski ilə birlikdə tutduqları vəzifələrdən istefa verəcəklərini açıqlayıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ