Bizi əbəs yerə şimpanzelərə çox yaxın məxluq saymırlar. Almaniya və Polşadan olan alimlər qrupu Konqo Demokratik Respublikasının şimal hissəsində yaşayan şveynfurt şimpanzelərinin zəngin maddi mədəniyyətini aşkar edib.
Tədqiqatçılar orada bir çox qədim nümunələr, alətlər tapıb. Şimpanzelər bunlarla qida tapmağa çalışırmış.
Ekspertlər 12 il müddətinə təxminən 50 min kvadrat kilometr ərazidə yaşamış bu meymun növünün nümayəndələrinin davranışlarını öyrənib. Onlar 20 sahədə tapılmış meymunların istifadə etdiyi alətləri sənədləşdiriblər, qida qalıqları, zibil və yuvalara aid məlumatlar toplayıblar.
Tədqiqatçılar xüsusi uzun çubuqlar aşkar edib ki, bunu da şimpanzelər məxsusi Dorylus növündən olan qarışqaları, Melilponin arılarını ağacların gövdəsindəki, torpağın içindəki yuvalarından çıxarmaq üçün hazırlayıblar. Bundan başqa əvvəllər müşahidə edilməmiş qida emalı metodları da üzə çıxıb. Yəni Konqo Demokratik Respublikasının bu hissəsində yaşayan şimpanzelər müəyyən təkamül mərhələsini keçibmiş./Bizimyol.info
7News.Az








