
7News.Az-ın verdiyi xəbərə görə, bu barədə "The Sun" yazır.
Plastik əməliyyat həvəskarı zahiri görünüşünü dəyişmək üçün 40 min funt sterlinq (təxminən 87 min manat) xərcləyib.

İlk sinə əməliyyatını 19 yaşında keçirən Ember nəticədən narazı qalıb və növbəti 3 il ərzində sinəsini daha da böyüdüb, dodaqlarını "şişirdib", liposaksiya etdirib, üç dəfə arxasını "dartdırıb", iki rinoplastika və çoxsaylı botoks prosedurlarından keçib.
Mey plastik əməliyyatlardan asılı hala gəldiyini, lakin görünüşündən razı olduğunu və bu tərzdə özünü daha xoşbəxt hiss etdiyini etiraf edib.

O, model kimi fəaliyyət göstərməsi və fanatları sayəsində ev aldığını danışıb.
Lakin plastik əməliyyatlara olan məhəbbəti onu dostlardan məhrum edib.

Sinə və arxasının çox böyük olduğundan Mey idmanla məşğul ola bilmir və formada qalmaq üçün hər 6 aydan bir liposaksiya etdirməli olur.

Bundan başqa, o, hər həftə manikürünü yeniləyir və 6 həftədən bir saçlarını qaynaq etdirir.

Gələn il Amber Türkiyədə yenidən popo əməliyyatı keçirməyi planlaşdırır.
7News.Az








