RU
Sinəsini əməliyyatla böyütmək istəyən qadın öldü - Ucuz başa gəlsin deyə... - FOTO
19:45
263

Sinəsini əməliyyatla böyütmək istəyən qadın öldü - Ucuz başa gəlsin deyə... - FOTO

Sinəsini əməliyyatla böyütmək istəyən qadın həkim səriştəsizliyinin qurbanı olub.

7News.Az xarici mətbuata istinadla xəbər verir ki, ucuz olsun deyə eyni anda həm sinə böyütmə, həm də piyçəkdirmə əməliyyatı üçün bıçaq altına yatan qadın ölüb.

36 yaşlı Louise Harvey adlı qadın London klinikalarının birində keçirilən əməliyyatdan sonra dünyasını dəyişib.

Əslən Norveçdən olan Luizin qan laxtalanmasından öldüyü təsdiqlənib. Buna səbəb kimi isə iki əməliyyatın eyni anda aparılması göstərilib.

 

Luizin anası məhkəməyə müraciət edib. O, günahkar şəxslərin cəzalandırılmasını tələb edir.

7News.Az

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ