Bildirilib ki, Sinqapurda narkotik alverində təqsirli bilinən Saridewi Djamani ölkədə son 19 ildə edam edilən ilk qadın məhbusdur.
7NEWS.az xəbər verir ki, Mərkəzi Narkotik Bürosu, Djamani-nin 2018-ci ildə "diamorfin" kimi tanınan təxminən 31 qram saf heroinin qaçaqmalçılığına görə ölüm cəzasına məhkum edildiyini açıqladı. Açıqlamada, Djamaninin daşıdığı məbləğin "bir həftə ərzində təxminən 370 narkoman üçün kifayət qədər çox olduğu" ifadə edildi. Bildirilib ki, narkotik alverində təqsirli bilinən Djamaninin edamı 50 qram heroin qaçaqmalçılığına görə sinqapurlu Məhəmməd Əziz Hüseynin edamından iki gün sonra həyata keçirilib.
Djamani ölkədə son 19 ildə edam edilən ilk qadın məhbus olub.
7NEWS.az








