RU
Sinqapurda 6 aylıq fasilədən sonra edamların icrası bərpa edilir
13:54
43

Sinqapurda 6 aylıq fasilədən sonra edamların icrası bərpa edilir


7NEWS.az xəbər verir ki, Sinqapurda narkotik qaçaqmalçılığı ittihamı ilə məhkum edilmiş şəxsin gələn həftə asılacağı elanı ilə bu ölkədə 6 aylıq fasilədən sonra edam cəzası bərpa olunacaq. 

Ölkəyə narkotik qaçaqmalçılığına köməklik etməkdə təqsirli bilinən 46 yaşlı Tangaraju Suppiahın ailəsinə onun edamının gələn həftənin çərşənbə günü həyata keçiriləcəyi bildirilib. 

Sinqapur məhkəməsi 2014-cü ildə 1 kiloqrama yaxın marixuananın ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilməsində iştirak etdiyinə görə saxlanılan Suppiyanı 2018-ci ildə ölüm cəzasına məhkum edib. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ