Məlum olduğu kimi, Bakının müxtəlif rayonlarında müvəqqəti yaşayış üçün nəzərdə tutulan, istismar müddətini başa vurmuş iripanelli yaşayış binalarında, o cümlədən, yararsız olan fərdi yaşayış evlərində yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi üçün həmin binaların sökülməsi prosesi gedir. Müxtəlif özəl tikinti şirkətləri pilot layihə çərçivəsində bu binaları sökərək, yerində müasir tələblərə cavab verən çoxmərtəbəli binalar tikir, həm köçürülən sakinləri mənzillə təmin edir, həm də qalan mənzillər satışa çıxarılır.
Bu layihələri həyata keçirən şirkətlərdən biri də "Sipark-İnşaatdır”. Şirkət paytaxtın müxtəlif yerlərində özünəməxsus dizaynına və keyfiyyətinə görə seçilən bir neçə layihə həyata keçirib və bu gün də yeni layihələrə imza atmaqda davam edir.
Şirkrət Bakının ən elit zonalarından olan "Gənclik” ərazisində, yaşıllıqlarla əhatə olunmuş 16 mərtəbəli möhtəşəm yaşayış kompleksinin təqdim edir. Mükəmməl dizayn, yüksək keyfiyyət, uşaq bağçası, fitness və SPA mərkəzi, gözəllik salonu, mağazalar, ikimərtəbəli yeraltı qaraj, uşaqlar üçün meydançalar və istirahət zonaları sakinlərin rahatlığını təmin edəcək.
"Sipark-İnşaat”ın daha bir binası Nərimanov rayonu, Təbriz küçəsi ilə Kazım Kazımzadə küçəsinin kəsişməsində yerləşir. Bina 6 girişdən, 16 mərtəbədən ibarət olacaq. Bu binanın tikintisi ilə bağlı 158 ailə kirayə mənzillərə köçürülüb. Onlara hər ay yaşadıqları mənzillərin kvadratmetrinə uyğun 300-600 manat arası kirayə haqqı ödənilir. Bu layihə üzrə inşa edilən binalar "premium” kateqoriyasına aiddir. Tikililər 9 bal gücündə zəlzələyə davamlıdır.
Sakinlərə göstəriləcək xidmətlərə gəlincə, bunların başında təhlükəsizlik xidməti dayanır. İstər həyətyanı sahənin, istər parkinqin təhlükəsizliyi, istərsə də binanın təhlükəsizliyi tam təmin ediləcək. Yəni, kompleksin bütün ərazisi 24 saat ərzində müşahidə kameraları vasitəsilə mühafizə olunacaq. Bundan əlavə, gözəllik və üslub, rahatlıq və komfort "SİPARK" yaşayış kompleksinin başlıca üstünlükləridir. 16 mərtəbəli uca bina bütün norma və standartlara riayət olunmaqla layihələndirilib. Kompleksdə sərbəst quruluşa malik 1, 2, 3, 4, və 5 otaqlı mənzillər nəzərdə tutulur. Eləcə də, binada iki mərtəbəli yeraltı avtodayanacaq, uşaq əyləncə meydançası, uşaq bağçası, gözəllik salonu, fitness-klub, trenajor zalı, marketlər fəaliyyət göstərəcək. Ailələrin rahatlığını düşünərək, binanın hər bir girişində Avropa standartlarına cavab verən ən müasir, sürətli, səssiz işləyən 2 ədəd lift quraşdırılacaq.
Qeyd edək ki, Təbriz küçəsi ilə Kazım Kazımzadə küçəsinin kəsişməsində inşa ediləcək binanın ərazisi 1,7 hektardır. Bunun yarıdan çoxu yaşıllıq üçün nəzərdə tutulub. Yəni, istirahət üçün geniş bir park sakinlərin sərəncamına veriləcək”
Sonda onu da qeyd edək ki, şirkət 2016-cı ildə Nərimanov rayon İcra Hakimiyyətinin sifarişi ilə Möhsün Sənani və Mirəli Qaşqay küçəsinin kəsişməsində, 5 girişli, 16 mərtəbəli binanın tikintisinə başlayıb. Sosial layihə olan bu kompleksin tikintisi ilə bağlı ərazidə yaşayan 125 nəfər sakin kirayə mənzillərə köçürülüb. 2019-cu ilin ilk yarısında həmin sakinlər bu binadan təmirli mənzillərlə təmin olunacaqlar.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
Məğrur,
Musavat.com























