RU
Siqaret çəkmək istəyən gənc özünü yandırdı
15:35
715

Siqaret çəkmək istəyən gənc özünü yandırdı

Siqaret çəkmək istəyən gənc ehtiyatsızlıqdan özünü yandırıb.

Hadisə Tərtər rayonunda baş verib. Rayonun Həzi Aslanov küçəsində yaşayan, 23 yaşlı Amil Qasımlı mazutlu əllərini benzinlə yuyub. Sonra əllərini qurulamadan siqaret yandırmaq istəyib.

Bu zaman əvvəlcə onun əlləri, sonra bütün bədəni yanmağa başlayıb. O, dərhal Tərtər Mərkəzi Rayon Xəstəxanasına, oradan isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Yaralıya lazımi tibbi yardım göstərilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ