Gəncə şəhər, Heydər Əliyev Prospektində yerləşən bina "56 A”da baş vermiş yanğın zamanı, 1981-ci il təvəllüdlü Cabbarov Mirmehdi Mirağa oğlu və digər mənzildə olanlar, 1968-ci il təvəllüdlü Rayeva İradə Oktay qızı, onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Rüzgar Salman oğlu Qasımov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Onlar öncə özəl xəstəxanaya, daha sonra Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.
İlkin məlumata görə, yanğın M.Cabbarovun mənzilində qeydə alınıb. Onun siqaret çəkmək istədiyi zaman partlayış baş verdiyi bildirilir.
Qonşuluqda olan ər və arvadın vəziyyəti normal, C.Cababrovun vəziyyəti isə kafi qiymətləndirilir. /Report








