RU
Siqaret ucuzlaşmayıb
11:13
1207

Siqaret ucuzlaşmayıb

Bakıda siqaretin ucuzlaşması ilə bağlı xəbərlər yayılıb. Yerli KİV-lərdə yer alan məlumatlara görə, markasından asılı olaraq siqaretlərin qiyməti 25 faizdən 30 faizə qədər aşağı düşüb. 

Paytaxt mağazalarına baş çəkərək siqaretin qiyməti ilə maraqlandıq. Satıcıların bildirdiyinə görə, siqaretin qiymətinin ucuzlaşması xəbəri həqiqəti əks etdirmir:

“Biz bu barədə məlumat alandan sonra firmalarla əlaqə saxladıq. Bildirildi ki, siqaretin ucuzlaşması yalan məlumatdır. Alıcılar irad bildirirlər ki, siqaret ucuzlaşıb, siz niyə qiymətləri aşağı salmamısınız?. Bu məlumatlar insanları panikaya salıb, heç bir ucuzşalmadan söhbət gedə bilməz. Qiymətlərdə dəyişiklik yoxdur”.

Köşklərdə və mağazalarda apardığımız müşahidələr zamanı eyni mənzərə ilə rastlaşdıq. Satıcılar qiymətin düşmədiyini bildirdilər.

"European Tobacco Baku" ASC-dən da siqaretin qiymətinin düşməsi ilə bağlı xəbəri təkzib etdilər. Bildirdilər ki, hazırki durumda bu məsələ gündəmdə deyil. /azvision

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ