Monqolustanda “Erdenes Tavantolqa” şirkətinin rəhbəri öz etirazını qeyri-adi şəkildə ifadə edib.
O, mətbuat konfransı zamanı, hamının göz qarşısında üzərinə benzin tökərək özünü yandırıb.
Şirkət rəhbəri bu yolla hökumətin siyasətinə qarşı çıxdığını bəyan edib. O, sözügedən kompaniyanın özəl əllərə verilməsinə görə mətbuat konfransı təşkil edibmiş.
“Erdenes Tavantolqa” rəhbəri alışqanı üzərinə tutan kimi alışmağa başlayıb və jurnalistlər onu söndürmək üçün əllərindən gələni ediblər. Nəhayət ki, ofisdə yanğınsöndürən balonu tapılıb. Daha sonra ortayaşlı kişi xəstəxanaya çatdırılıb.
Onun vəziyyətinin ağır olduğu bildirilir./qafqazinfo
7news.az








