RU
Şirkətin külli miqdarda pulunu ələ keçirən dələduzun şikayəti təmin olunmayıb
18:24
683

Şirkətin külli miqdarda pulunu ələ keçirən dələduzun şikayəti təmin olunmayıb

Sumqayıt Apellyasiya Məhkəməsində Bakı ş. sakini Əlican Səfərovun CM-nin 178.3.2-ci (dələqduzluq, külli miqdarda ziyan vurulmaqla törədildikdə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

7news.az xəbər verir ki, Əlican Səfərovun qanunsuz hərəkətlərinə dair Bakı Apelyasiya Məhkəməsinin xüsusi qərardadı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İstintaq zamanı Əlican Səfərovun “Polymer-Trade Ltd” şirkətilə “Azərikimya” Dövlət Şirkətinin “Etilen-Polietilen” zavodu arasında bağlanmış müqaviləyə uyğun olaraq alıcı “Polymer-Trade Ltd” şirkətinin məlumatı olmadan şirkətin adından saxta etibarnamə ilə hazırladığı sifariş məktublarından istifadə edərək müxtəlif dövlətlərdə yerləşən şirkətlərə 221 min 450 manat dəyərində 215 ton yüksək təzyiqli polietilen məhsullarının göndərilməsi məlum olub. Onun satılmasını təmin etməklə Əlican Səfərov “Polymer-Trade Ltd”–yə məxsus külli miqdarda əmlakın dələduzluq yolu ilə ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Səfərov 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.

Sumqayıt Apellaysiya Məhkəməsi işin hallarını araşdıraraq təqsirləndirilən şəxsin şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ