Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Xalidə Xalıqova və Elnarə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hər iki şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.
Zamində olan təqsirləndirilən şəxslər barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib. Onlar məhkəmə zalında həbs olunublar.
İttihama görə, "Questnet LTD” şirkətinin əməkdaşları olan Xalidə Xalıqova və Elnarə Həsənova 15-ə yaxın vətəndaşın ümumilikdə 65 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib./teleqraf
7news.Az








