Hörmətli Xalqxeber.Az və 7News.az xəbər portalının rəhbərləri!
Nəzərinizə çatdırıram ki, bir müddət öncə mənim şikayətim əsasında rəhbəri olduğunuz Xalqxeber.az və 7News.az xəbər portallarında əvvələr işlədiyim Hacıqabul DSMF-si və onun rəhbəri Anar Əhmədov barəsində şikayət ərizəsi dərc olunmuşdu. Həmin məlumatlar saytlarda dərc olunduqdan sonra Anar Əhmədov mənim barəmdə Şirvan şəhər Məhkəməsinə müraciət etmiş, DSMF haqqında səsləndirdiyim fikirlərin həqiqətə uyğun olmadığı üçün məhkəmədən təkzib verilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan şəhər məhkəməsi araşdırma apararkən qərar qəbul etmişdir ki, Hacıqabul DSMF-si və onun rəhbəri ilə bağlı saytlarda təkzib verim. Mən də Şirvan şəhər Məhkəməsinin Dövlətimiz Azərbaycan Respublikasının adından çıxardığı qərarı rəhbər tutaraq
səsləndirdiyim fikirləri və ərizəmdə qeyd olunanları təkzib edirəm.
Əvvəlcədən Sizə səmimi təşəkkürümü bildirirəm.
Hörmətlə Rəhimov Rəşad Adil oğlu
7News.Az








