Şirvan şəhərində ümumi sahəsi 324 m2 olan ikimərtəbəli 12 otaqlı evin 1-ci mərtəbəsində yanğın olub.
7news.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evdə mətbəxin yanar konstruksiyaları, hamam otağında məişət əşyaları və 2-ci mərtəbədə 1 otağın döşəməsi, ev əşyaları 20 m2 sahədə yanıb.
Yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavanı 25 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
7news.Az







