RU
Şirvanda 3 nəfər göbələkdən zəhərlənib
11:10
26

Şirvanda 3 nəfər göbələkdən zəhərlənib

Şirvan şəhərində bir ailənin 3 üzvü göbələkdən zəhərlənib.

 15 yaşlı Nəzərova Ləman Şahin qızı, 23 yaşlı Nəzərov Orxan Şahin oğlu və 44 yaşlı Nəzərova Samirə Rəsul qızı axşam saatlarında yaşadıqları ünvanda göbələkdən hazırlanmış yeməkdən zəhərləniblər.

Onlar zəhərlənmə ilə bağlı Şirvan şəhər təcili yardım xidmətinə müraciət ediblər.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ