RU
Şirvanda 56 yaşlı kişi bıçaqlandı
10:20
350

Şirvanda 56 yaşlı kişi bıçaqlandı

Şirvan sakini bıçaqlanıb.

7News.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini 1961-cı il təvəllüdlü Zeynalov Nizami Yusif oğlu çoxsaylı bıçaq yaraları ilə Şirvan Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

N.Zeynalovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ