Şirvanda avtomobillərin yuyulması məntəqəsində avtomobil yuyucunu vuraraq öldürüb.
7news.Az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Şirvan şəhəri ərazisindəki avtomobillərin yuyulması məntəqələrindən birində, şəhər sakini Mübariz Nəhmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə orada işləyən Fuad Kazımovu vurub.
Xəstəxanaya yerləşdirilən F.Kazımov orada ölüb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.








