Şirvanda ər və arvad dəm qazından zəhərlənib.
Hadisə ötən gecə şəhərin M.Mirzəyev küçəsindəki fərdi yaşayış evində baş verib. Şirvan şəhər sakini 1978-ci il təvəllüdlü Asim Süleymanov və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Zeynəb Süleymanov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. A. Süleymanov xəstəxanaya çatmamış yolda dünyasını dəyişib. Z. Süleymanova isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








