RU
Şirvanda fəhlələr iş prosesində xəsarət alıblar
11:40
54

Şirvanda fəhlələr iş prosesində xəsarət alıblar

Şirvan şəhərində fəhlələr iş prosesində xəsarət alıblar.

İş prosesi zamanı "Şirvan OİL” şirkətinin işçiləri, Şirvan şəhər sakinləri, 1965-ci il təvəllüdlü Mahmudov İlyas Ağaməli oğlu və 1973-cü il təvəllüdlü Şükürov Şamil Əvəz oğlunun üzərinə dəmir parçaları düşüb.

Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ