RU
Şirvanda mal-qara qəzaya səbəb oldu - FOTOLAR
12:50
520

Şirvanda mal-qara qəzaya səbəb oldu - FOTOLAR

Şirvan şəhərində iribuynuzlu maq-qara magistral yola çıxaraq yol-nəqliyyat hadisəsinə səbəb olub.

Hadisə gecə saat 22:00 radələrində şəhər ərazisindən keçən Hacıqabul-Horadiz avtomobil yolunun 7-ci kilometrliyində baş verib.

Yevlax rayon sakini İsmayıl İsmayılovun idarə etdiyi "Kamaz” markalı "66-BE-643" dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili nəticədə yola çıxan inəkləri vurub.

Qəza nəticəsində vətəndaşlara məxsus 2 ədəd inək avtomobilin altında qalaraq tələf olub.

Faktla bağlı BDYM tərəfindən araşdırma aparılır./report

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ