RU
Şirvanda maşın qadın piyadanı vuraraq öldürdü
23:42
403

Şirvanda maşın qadın piyadanı vuraraq öldürdü

Şirvan şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Bu gün axşam saatlarında "VAZ 2106” markalı avtomobil şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyən qadını vurub .

Ağır xəsarət alan yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, araşdırma aparılır./apa
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ