Şirvanda yol qəzasında 6 nəfər xəsarət alıb.
"Report”un Aran bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb.
Belə ki, şəhərin Şıxəli Qurbanov küçəsində 10 saylı marşrut üzrə işləyən sərnişin mikroavtobusu "Mitsubishi” markalı avtomobillə toqquşub. Bundan sonra hər iki avtomobil yolun kənarındakı hasara çırpılıb.
Qəza nəticəsində Şirvan şəhər sakinləri, 1961-ci il təvəllüdlü Hacıyeva Şahnisə Qəhrəman qızı, 1958-ci il təvəllüdlü Şəbiyev Səxavət Zaman oğlu, 1971-ci il təvəllüdlü Şəfiyev Zaur Əliqulu oğlu, 1955-ci il təvəllüdlü İsmayılova Rahilə Məhəmməd qızı, 1975-ci il təvəllüdlü Mehdiyeva Müşfiqə Xudayar qızı və 1979-cu il təvəllüdlü Əliyev Vasif Sədaqət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırııb.
Faktla bağlı araşdırma aparılır.
------Şirvanda mikroavtobusla minik avtomobili toqquşub.
APA-nın məlumatına görə, Şirvan şəhəri Ş.Qurbanov küçəsində 10 saylı marşrut xətti üzrə işləyən sərnişin mikroavtobusu ilə "Mitsubishi Pajero” markalı avtomobil toqquşub. Mikroavtobus daha sonra fərdi yaşayış evinin hasarına çırpılıb. Telefon xəttinin dirəyi aşıb.
Qəza nəticəsində doqquz nəfər yüngül xəsarət alıb. Onlardan yeddi nəfər ambulator tibbi yardım alıb, iki nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.








