RU
Şirvanda partlayış: Ölən var
11:48
1808

Şirvanda partlayış: Ölən var

Məmmədov zərbənin gücündən divara çırpılıb.

Bu gün səhər saatlarında Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən oksigen doldurma məntəqəsində bədbəxt hadisə baş verib.

7News.Az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, nəticədə 49 yaşlı kişi ölüb. Oksigen balonu yaranmış təzyiq nəticəsində partlayıb və həmin məntəqədə çalışan 1967-ci il təvəllüdlü Məmmədov Füzuli Seyran oğlu zərbənin gücündən divara çırpılıb. 

Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Hazırda onun meyiti müayinə olunmaq üçün Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə-tibi ekspertiza mərkəzinə yerləşdirilib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ