Noyabrın 5-də gecə saat 23.00 radələrində Şirvan şəhəri, H.Əliyev prospekti ilə Taleh Ələkbərov küçəsinin kəsişməsində yerləşən kafedə, kriminal aləmin üzvlərinin mübahisəsi (“razborka”) zəminində baş verən silahlı insidentdə 1983-cü il təvəllüdlü Nəciyev Elvin Zamanəli oğlu və 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu tapançadan açılan atəşlə qətlə yetirilib. (Hər iki şəxs ürək nahiyəsindən aldığı güllə yarasından ölüb).
Şirvan şəhər prokurorluğunun rəsmi açıqlamasında bildirlir ki, silahlı insidentlə əlaqədar Şirvan şəhər mhkəməsinin qərarı ilə Şirvan şəhər sakinləri, qətli törədən 1989-cu il təvəllüdlü Ağami Əli Rasim oğlu (bir müddət əvvəl Samur keçid məntəqəsində həbs edilib) barədə 4 ay və 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğlu barədə 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib. Qeyd edilən kafenin otağnda Elvin Nəciyev Makarov tipli tapançadan Zaur Sarıbalayevə atəş açıb. O, aldığı güllə yarasından hadisə yerində ölüb. Şirvan sakini Ağami Əli isə “Makarov” tipli tapançadan açılan atəşlə Elvin Nəciyevi yaralayıb. Sonuncu Şirvan şəhər xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerində 3 ədəd tapança gilzi və 1 ədəd patron aşkar edilib. Ağami Əlinin qətldə istifadə etdiyi “Makarov” tipli tapança 2 gün sonra Şirvan şəhər xəstəxanasının ərazisindən götürülüb.
Qətldə istifadə olunana digər odlu silahın olub-olmaması istintaq tərəfindən araşdırılır.
Silahlı insidentlə əlaqədar daha bir neçə nəfər Şirvan şəhər prokurorluğu tərəfindən yaradılmış istintaq qrupu tərəfindən dindirililir.
Qeyd edək ki, Elvin Nəciyevi qətlə yetirən Ağami Əli Rasim oğlu Samur sərhəd-keçid məntəqəsini yeni pasportla keçərkən saxlanılıb. Belə ki, həmin pasportda onun ad və soyadı Ağami (anasının qızlıq soyadı) Əli Rasim oğlu, əvvəlki adı və soydı isə Hüseynov Abdulla olub. O da məlum olub ki, cinayətdə istifadə olunan “Makarov” tapançasını Ağami Əliyə silahlı insidentlə əlaqədar saxlanılan Tural Salmanov verib./atv
7news.az








