RU
Şirvanda qanunsuz saxlanılan 19 ədəd silah polisə təhvil verilib
11:20
29

Şirvanda qanunsuz saxlanılan 19 ədəd silah polisə təhvil verilib

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şəhər sakinləri arasında aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq ötən gün ərzində 19 sakin müvafiq sənədləri olmadan saxladıqları ov tüfənglərini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ