RU
Şirvanda qızı çılpaq şəkilləri ilə şantaj edən şəxs tutuldu
13:32
933

Şirvanda qızı çılpaq şəkilləri ilə şantaj edən şəxs tutuldu

Şirvan şəhərində qadından 3000 manat tələb edən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7News.Az-a verilən məlumata görə, Şirvan şəhər Polis şöbəsinə müraciət edən qadın bir nəfərin onun qızının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək 3000 manat tələb etdiyini bildirib.

Sentyabrın 15-də polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs qadından qeyd olunan məbləği alarkən cinayət başında yaxalanıb.

Araşdırmalarla onun Şamaxı rayon sakini Hüseyn Sayılov olduğu müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ