RU
Şirvanda zavod müdiri Əliheydər Dövlətovun oğrulara qismət olan pulları
12:48
1868

Şirvanda zavod müdiri Əliheydər Dövlətovun oğrulara qismət olan pulları

Şirvan Üzən Nasoslar Zavodunun müdiri Əliheydər Dövlətovun dövlətdən mənimsədiyi pullar oğrulara qismət olub
 
Bakıdakı evindən 50 min oğurlanan idarə müdiri niyə polisə müraciət etməyib?
 
AzFakt.com ötən həftə Meliorasiya və Su Təsərrüfatı ASC-nin nəzdində olan Şirvan Üzən Nasoslar Zavodunun müdiri Əliheydər Dövlətovun korrupsiya əməlləri barədə məlumat vermişdi. Həmin məlumatda qeyd etmişdik ki, Şirvan Meliorasiya-Mexaniki Təmir-İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən Şirvan Üzən Nasoslar Zavodunun rəisi dövlət əmlakını və rəhbərlik etdiyi quruma ASC-dən ayrılan vəsaitləri müxtəlif işlərin görülməsi adı altında silərək mənimsəyir. Zavod müdiri dövlət vəsaitini mənimsəməklə özünə yaxşı var dövlət, obyekt, torpaq sahəsi və xeyli mülk alıdığında bildirmişdik. 
 
Redaksiyamızın elektron poçtuna Şirvan Üzən Nasoslar Zavodunun müdiri Əliheydər Dövlətovla bağlı yeni məlumtlar göndərilib. Göndərilən məlumatların bir neçəsini dəqiqləşdirib oxucularımıza təqdim edirik. Adının açıqlanmasını istəməyən Şirvan sakini yazır ki, Əliheydər Dövlətov həqiqətəndə Şirvan Üzən Nasoslar Zavodunu çapıb-talayıb:
 
«Bu gün Şirvan Üzən Nasoslar Zavodu fomal olaraq işləyir. Belə ki, zavod  Meliorasiya və Təəsrrüfatı ASC-nin nəzdindəki idarə və müəssələrdən sifariş aldığı zaman fəaliyyət göstərir. Yerdə qalan vaxtlar isə zavod demək olar ki, Əliheydər Dövlətovun şəxsi obyekti kimi istifadə olunur. Zavodun əsas fəaliyyətini Şirvan, Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Salyan, Neftçala və Kürdəmir rayonlarındakı böyük təsərrüfatla məşğul olan sahibkarlar üçün müxtəlif su motorlarının təmirini təşkil edir. Bu işin sifarişini birbaşa Əliheydər Dövlətov özü götürür. Və bu sifarişlərin heç biri sənədləşdirilmir və ödəniş də nəqd şəkildə aparılır. Yəni faktiki olaraq Əliheydər Dövlətov Şirvan Üzən Nasoslar Zavodunu özünün şəxsi mülkü kimi idarə edir və dövlət müəssisəsinin imkanları ilə özünə böyük gəlirlər əldə edir. 
 
Bundan başqa bir müddət əvvəl zavodun həyətindəki müxtəlif köhnəlmiş texnikalar, müxtəlif motroları və ağır yükləri qaldırmaq üçün üçün istifadə olunan kranlar Əliheydər Dövlətov tərəfindən köhə adı ilə silinərək “metollum” kimi satılıb. Bu gün zavod müdiri Bakı şəhərində fəaliyyət göstərən dəmir sexlərindən birinin müdiri ilə çox yaxın dostluğa malikdir. Həmin dostluq məhz Şirvan Üzən Nasoslar Zavodundakı dəmir, metalların satışı hesabına yaranıb. 
 
Əliheydər Dövlətov çoxlu sayda texnikanı köhnə, yarasız adı ilə sıradan çıxartmaqla bərabər, zavodun parklarındakı ağır tonnajlı “şveller”ləri həmin dəmir sexinə satıb. Bu “şveller” keçmiş SSRİ dönəmində Şirvan Üzən Nasoslar Zavodunun parkında kiçik gəmilərin, ağır motorların, texnikaların qaldırılması üçün quraşdırılıb. 
 
Həmçinin zavodun parkında adı çəkilən şvellerlərdən yay aylarında kölgələnmək üçün və qışda işlərin üstü örtülü yerdə görülməsi üçün böyük bir çardaq düzəldilmişdi. Ancaq indi həmin çardaq yoxa çıxıb. Çünki Əliheydər Dövlətov qeyd olunan çardaqı gizli şəkildə doğratdırmaqla yavaş-yavaş satıb. Zavodun parkındakı çardaqda və quraşdırılan kran şvellerlərin ümumi çəkisi isə min tonlarla ölçülür.
 
Hazırda həmin parkda bir neçə məcburi köçkün ailəsi yaşayır. Əliheydər Dövlətov məcburi köçkün ailələrini bəhanə edərək parkdakı bir çox texinkalarıda yararsız kimi silərək metolloma satıb. Zavod müdiri texnikaların əksəriyyətinin məhz məcburi köçkünlər tərəfindən dağıdıldığını yaxud ehtiyyat hissələrinin oğurlandığını deyir. Halbuki ərazidə yaşayan məcburi köçkünlər həmin texnikaların birinə belə əl vurmayıblar. Çünki zavod müdiri gecə gündüz həmin texnikaları qoruyaraq satırdı. 
 
Korrupsiayaya Qarşı Mübarizə İdarəsi Şirvan Üzən Gəmi Zavodunun satılan texnikaları, mal matrealları, avadanlıqalrı  ilə bağlı kiçik bir araşdırma aparsa ortaya şok edici faktlar çıxacaq. Bu faktlarda Əliheydər Dövlətovun milyonlarla manat dəyərində dövlət əmlaklarını özünün şəxsi mənafeyi üçün dəyər dəyməzinə satması aşkar oluanacaq.
 
Dövlət əmlakın talamağın sayəsində Əliheydər Dövlətov bu gün Şirvan rayonunda kiçik oliqarxlardan birinə çevrilib. Zavod müdiri təkcə Sabirabad-Salyan yolunun, (Noxudlu yolu), Dadaşbəyli kəndinin yanında ərazisi 1 ha yaxın olan böyük tikinti malları topdan satış dükanı açıb. Bir ildən çoxdur ki, fəaliyyət göstərən həmin topdan satış mərkəzində hazırda 2 milyon manatdan çox mal-material var. 
 
Qeyd etdiyimiz topdan satış mərkəzininin arxasında isə Əliheydər Dövlətova məxsus heyvan saxlanılması üçün böyük bir çardaq tikilib. Təxminən 1 il öncə həmin obyektin həyətində 3 (üç) köhnə traktor doğranılaraq Bakı şəhərindəki dəmir sexlərinə satıldı. Həmin vaxtlar zavod müdiri obyektinin həyətində yüz tonlarla dəmir qırıntılaır toplamışdı. Ancaq sonradan hüquq mühafizə orqanlarının hədəfinə gələcəyindən ehtiyat edən Dövlətov obyektində dəmir işini yığışdırdı. 
 
Zavod müdirinin topdan satış mərkəzini ilk əvəllər qardaşı oğlanları işlərdir. Lakin bir müddət sonra yoxlama aparan Dövlətov xeyli kəm-kəsrinin olduğunu üzə çıxardıb və buna görədə qohumlarını satış mərkəzindən uzaqlaşdırıb. İndi hazırda həmin mərkəzdə satış işlərinə şəxsən Əliheydər Dövlətov özü nəzarət edir. Satış mərkəzindəkı yüz tonlarla armatur və digər dəmir matreallarını Dövlətovun Bakıdakı dəmir sexi müdiri dostundan gətirdiyi bildirilir. 
 
Bundan 6 ay  öncə Bakı şəhəri 8-ci kilometr deyilən ərazidə zavod müdirinə məxsus bina evindən 50 min manata yaxın pul oğurlanmışdı. Həmin pulu isə Dövlətovun evində bir neçə günlüyə qalan yaxın adamının qardaşı olduğu deyilirdi. Məsələnin üstünü bağlamaq üçün Dövlətov hüquq mühafizə orqanlarına müraciət etmədi. Çünki o pulun hardan qazandığının hesabını verə bilməyəcək və necə deyərlər daha çox «pul itirəcəkdi». Buna görə də Əliheydər Dövlətov oğruların iapılmasını istəmədi və oğurlanan 50 min manatından əl çəkdi». 
 
Qeyd edək ki, Şirvan Üzən Nasoslar Zavodu müdirinin dövlətin vəsaitlərini oğurlayaraq əldə etdiyi mal-mülkü ilə bağlı redaksiyamıza göndərilən digər məlumatları araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik.
 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /azfakt
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ