Bakı metrosunda iki gün ard-arda baş verən və son anda metro işçiləri tərəfindən qarşısı alınan intihar hadisələri ilə bağlı "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sərnişinlərə xəbərdarlıq edib.
Nəsimi Paşayev bildirib ki, belə şəxslər yalnız öz həyatlarını təhlükəyə atmırlar:
"İntihar bir çıxış yolu deyil, bunu birdəfəlik dərk etmək lazımdır. Onlar metroda yalnız öz həyatlarını təhlükəyə atmırlar. Təssəvvür edin, o hadisə ilə qarşılaşan maşinistlər hansı sarsıntıları keçirir. Gün ərzində metrodan 700 min sərnişin istifadə edir. Bu kimi hallar baş verdiyi zaman qatarların intervalı müvəqqəti dayandırılır. Qatarın dayanması, bütün metrounun dayanması deməkdir. Vaqonlar tüneldə qalır, insanlar özlərini pis hiss edir, gecikmələr olur. 100 minlərlə sərnişin bununla bağlı narahatlıq hissi keçirir. Bütün bunlar nəzərə alınmalıdır. Xahiş edirik, belə hallara yol verməsinlər”.








