RU
Siyasətdə
14:50
695

Siyasətdə "uğur" strategiyası - konyak, daş-qaş və gözəl "qızlar"

Bu gün mediada ermənilərin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) ukraynalı deputatı konyakla ələ almağa çalışmasına dair yayılan məlumat əsl qalmaqal yaradıb. Belə ki, Ukraynanın xalq deputatı, AŞPA-da "Avropada jurnalistlərə və söz azadlığına təhdidlər barədə" hesabatın müəllifi Vladimir Aryev öz "Facebook" səhifəsində yazıb ki, iclas ərəfəsində erməni nümayəndə heyəti onu konyakla satın almağa çalışıb.

AŞPA-nın onun Avropada söz azadlığına dair hesabatını qəbul etdiyini deyən siyasətçinin sözlərinə görə, Ermənistan təmsilçiləri dinləmələrin sakit axarını pozmağa çalışıblar.

Aryev yazıb: "Dünən erməni deputatlar Strasburqda əllərində konyak butulkası arxamca qaçırdılar ki, mən Dağlıq Qarabağın Azərbaycana məxsus olması fikrindən imtina edim, bu gün isə Assambleyada bir yığın hansısa ucuz kompromat yayırlar ki, "Aryevin nənəsi azərbaycanlıdır". İndi mən dəqiq bilirəm: Gülməli iş görmək istəyirsənsə, Ermənistan parlamentindən məsləhətçi çağır. Hətta radionu da cəlb etmək lazım deyil".

Qeyd edək ki, ermənilərin siyasətdə "konyak diplomatiyası"ndan geniş şəkildə istifadə etdikləri çoxdan bəllidir. Ermənilərin və Ermənistan hakimiyyətinin öz məqsədlərinə nail olmaq üçün Avropada və dünyanın müxtəlif ölkələrində siyasətçiləri, hüquq müdafiəçilərini, jurnalistləri və digər onlara lazım olan şəxsləri müxtəlif yollarla ələ almağa çalışması artıq heç kimə sirr deyil. Onların tarixdə öz planlarını nəyin bahasına olursa-olsun həyata keçirmək üçün hətta qadınlarını da siyasətçilərin, hərbçilərin və onlara lazım olan şəxslərin yatağına saldıqlarına dair yüzlərlə faktlar var.

Erməni politoloq Qevorq Mirzoyan da mediada ermənilərin iç üzünü açaraq, "erməni soyqırımı"nın tanınması üçün necə rüşvət verdiklərini, pulla və s. yollarla satın aldıqlarını özü öz dili ilə etiraf edib. Onun fikrincə, ermənilər qarşıya qoyduqları məqsədə çatmaq üçün istənilən vasitəyə əl ata bilərlər.

Fransanın məşhur erməni əsilli müğənnisi, Ermənistanın İsveçrədəki səfiri Şarl Aznavur (əsl adı Şahnur Aznavuryan) da öz müsahibələrinin birində vergi orqanları ilə münasibətlərini yoluna qoymaq üçün fransız siyasətçilərinə necə rüşvət verdiyini etiraf etmişdi.

Bir müddət əvvəl parlamentin "Erməni Milli Konqresi"nin rəhbəri Levon Zurabyan bildirmişdi ki, Ermənistanın Konstitusiya Məhkəməsinin, eləcə də Konstitusiya islahatları komissiyasının sədri Qaqik Arutyunyan Venesiya komissiyasının üzvlərini pulla ələ alırmış ki, onlar Ermənistanda konstitusiya islahatlarına dair müsbət hesabat hazırlasınlar.

Bu məsələ Ermənistan prokurorluğunda araşdırılır, amma Venesiya Komissiyası isə susur.

Ermənistanda 2008-ci ildə keçirilmiş prezident seçkilərinin gedişatını izləyən Avropa Şurasının müşahidəçiləri bu seçkilərə yüksək qiymət vermişdilər. Bu həmin seçkilər idi ki, onun nəticələrinin saxtalaşdırılmasına qarşı etiraz etmək üçün martın 1-də İrəvanda izdihamlı etiraz aksiyası keçirilmiş, lakin etirazçılar gülləbaran edilmişdilər.

Emrəni hüquq müdafiəçilərinin dediklərinə görə, həmin vaxt seçki məntəqələrində avropalı müşahidəçilərə nə gəldi - pul və konyakdan tutmuş "qızlar"adək təklif edirdilər ki, təki onlar baş verən saxtakarlıqları "görməmək" üçün üzlərini yana çevirsinlər.

Erməni lobbisinin üzvləri də milliyyətindən asılı olmayaraq rüşvətə meylli olurlar. Belə ki, bir müddət əvvəl jurnalistlər Böyük Britaniya parlamentinin Türkiyənin Avropa Birliyinə daxil olmasının qəti əleyinə çıxan, eləcə də Türkiyə hökumətindən Ermənistanla münasibətlərin yaxşılaşdırılmasını və "erməni soyqırımı"nın tanınmasını tələb edən deputatı Mark Pritçardı da rüşvətlə yaxalamışdılar.

Fransada isə faəl erməni lobbiçisi kimi tanınan Senatın üzvü, Klamar bələdiyyəsinin sədri Filip Kaltenbax rüşvət üstə tutulmuşdu.

Erməni həyasızlığına dair yaxın keçmişdə baş vermiş daha bir faktı qeyd edim. 2012-ci iln aprelində Ermənistanın Böyük Britaniyadakı səfiri Karine Kazinyan Ermənistandakı seçkiləri müşahidə missiyasının rəhbəri baronessa Emma Nikolson ilə görüşmüşdü. Görüşdən çıxanda onun kabinetdə içində erməni konyakı olan qutunu qoyub saxlaması böyük qalmaqala səbəb olmuşdu.

Bu barədə məlumat verən Nikolsonun özü bildirmişdi ki, o, konyak dolu qutunu yalnız Kazinyanın gedişindən sonra görüb. Konyakı xeyriyyə cəmiyyətinə təhvil verən Nikolson etiraf etmişdi ki, seçkiləri müşahidə edənlər arasında korrupsiya halları, təəssüf ki, geniş yayılıb.

Yəni ermənilərin "konyak diplomatiyası"ndan öz mənfur məqsədləri üçün istifadə etməyə çalışmasını inkar etmək mümkün deyil. Erməni diasporu və lobbisi bu "diplomatiya"dan geniş istifadə edir.

Konyakın yanına qiymətli daş-qaşlar, pul çekləri, gözəl qızlar da qoyulanda bu "diplomatiya" ermənilər üçün çox zaman "müsbət" effekt verib.

Onlar bu yolla hələ ki, dünya ictimaiyyətinə "erməni soyqırımı" barədə saxta məlumatların "yedizdirilməsi"nə, Dağlıq Qarabağla bağlı həqiqətlərin gizlədilməsinə, Ermənistan hakimiyyətinin korrupsiya və özbaşınalıqlarının, ölkədə insan hüquqlarının pozulması hallarının ört-basdır edilməsinə nail olurlar.

Lakin lobbi və "konyak diplomatiyası" hər zaman müsbət effekt vermir. Düzdür, onlar bu yolla Avropa Parlamentində saxta "erməni soyqırımı" ilə bağlı təxribatçı qətnaməni soxuşdura bilmişdilər. Lakin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Perinçek işi" ilə bağlı həssas məsələdə qərarı Ermənistanın xeyrinə çıxarmadı. Ermənilər həmçinin bu yolla nə Ermənistana investisiya axınına, nə Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına nail ola bilirlər.

Sadəcə ermənilər siyasəti başqa cür aparmağı bacarmırlar. Bir məsəldə deyilir ki, yalan danışmayan erməni əslində erməni deyil. Yəni ermənilər sadəcə düz yolla iş görə bilmirlər, onlar mütləq yalan danışmalı, aldatmalı, işlərini saxtakarlıqla, əyri yollarla görməlidirlər. Ermənilərin və erməni siyasətinin əsl mahiyyəti bax budur.//milli.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ