RU
Siyavuş Novruzov daha bir VƏZİFƏSİNİ İTİRDİ
15:17
373

Siyavuş Novruzov daha bir VƏZİFƏSİNİ İTİRDİ

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasında (YAP) daha bir vəzifəsini itirib.
 
Bu barədə "Report”a partiyadakı mənbə məlumat verilib.

Bildirilib ki, yaxın günlərədək S.Novruzov partiyanın Təşkilat şöbəsinin müdiri olub: "O, vəzifəsindən azad edilib, həmin vəzifəyə YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov təyin olunub”.

Qeyd edək ki, avqustun 25-də Siyavuş Novruzov partiyanın İcra katibinin müavini postundan azad edilmişdi.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ