RU
Siyavuş Novruzov: Qarabağda olmayan şəxs cibində veteran vəsiqəsi gəzdirir
13:44
656

Siyavuş Novruzov: Qarabağda olmayan şəxs cibində veteran vəsiqəsi gəzdirir

"Bu gün Qarabağda olmayan şəxs cibində vəsiqə gəzdirir, ancaq orada canını qoyan insanlar bu gün də veteran statusunu ala bilmirlər”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, Azərbaycanda hərc-mərclik dövründə xeyli adama veteran vəsiqəsi verilib, amma haqqı olanlar bu vəsiqəni ala bilməyiblər.

Millət vəkili qeyd edib ki, rəhbəri olduğu komitəyə bununla bağlı bir sıra müraciətlər var: "Həmin müraciətlər Əfqanıstan, Qarabağ döyüşlərində iştirak etmiş şəxslərlə bağlıdır. Azərbaycanda hərc-mərclik dövründə dövlətimizin bütövlüyü uğrunda döyüşən şəxs döyüşlərdə iştirakı ilə bağlı veteran vəsiqəsini ala bilməyib. Ancaq döyüş bölgəsini tanımayan şəxs cibində veteran vəsiqəsi gəzdirir. Bu şəxslər də harada gəldi veteran vəsiqəsindən isitfadə edirlər. Odur ki, çalışmalıyıq, haqqı olanlar haqlarını alsınlar”./Trend

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ