RU
Siyəzəndə avtomobil aşdı, 4 nəfər xəsarət aldı
18:00
335

Siyəzəndə avtomobil aşdı, 4 nəfər xəsarət aldı

Bu gün Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

7news.Az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib.

Avtomobilin aşması nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü İbrahim İbrahimov, Rusiya vətəndaşları - 1994-cü il təvəllüdlü Sədulla Maqomedov, 1972-ci il təvəllüdlü Sayadxanım Aşurbekova və 1974-cü il təvəllüdlü Esmira Abdullayeva xəsarət alıb.

Xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ