RU
Siyəzəndə dənizdə batan şəxslərin kimliyi müəyyənləşib - YENİLƏNİB
11:30
81

Siyəzəndə dənizdə batan şəxslərin kimliyi müəyyənləşib - YENİLƏNİB

Siyəzəndə dənizdə batan şəxslərin kimliyi müəyyənləşib.

İyulun 23-ü axşam saatlarında Siyəzənin Zarat kəndi yaxınlığında dənizdə boğulanlar kimliyi bəlli olub.

Belə ki, onlar Zarat kənd sakinləri 2007-ci il təvəllüdlü Manafov Mehdi Elgün oğlu, 2006-cı il təvəlludlü Bəşirov Rəvan Hacıəhməd oğlu və Bakı şəhər sakini 2006-cı il təvəllüdlü Əhmədov Nemət Əbdül oğludur.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları davam etdirir.

22:12
Siyəzəndə dənizdə 3 nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub”, - məlumatda qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ