RU
Siyəzəndə kanala düşən kişinin meyiti tapılıb - YENİLƏNİB
22:55
1753

Siyəzəndə kanala düşən kişinin meyiti tapılıb - YENİLƏNİB

Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1989-cu il Müzəffərov Sənan Abdul oğlunun axtarışları başa çatıb.

7NEWS.Az xəbər verir ki, S.Müzəffərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təqribən 30 km aralıda tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

16:50

Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayon sakininin Siyəzəndə kanalda batması barədə məlumat yayıb.

7NEWS.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.



16.32

Siyəzən rayonunda bir nəfər Samur-Abşeron kanalına düşüb.

Hadisə rayonun Beşdam kəndi ərazisində qeydə alınıb.

Qubanın Atuc kənd sakini, 1990-cı il təvəllüdlü Müzəffərov Sənan Abdul oğlunun ərazidə qoyun otaran zaman ehtiyatsızlıqdan kanala düşdüyü bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Sənan Müzəffərovun tapılması istiqamətində işlər davam etdirilir.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ