Siyəzən rayonunda 59 yaşlı kişinin meyiti tapılıb.
Hadisə Siyəzən Peşə Məktəbində baş verib.
Belə ki, Siyəzən Peşə Məktəbində mühafizəçi işləyən 1965-ci il təvəllüdlü Alim Mütəllim oğlu Qafarovun meyiti iş yerində aşkarlanıb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.








