RU
Siyəzəndə mikroavtobus qəzaya düşüb: 3 nəfər ölüb, 7 nəfər yaralanıb - YENİLƏNİB
11:20
143

Siyəzəndə mikroavtobus qəzaya düşüb: 3 nəfər ölüb, 7 nəfər yaralanıb - YENİLƏNİB

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi Reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir.

09:23
Siyəzəndə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bu barədə 7News.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Hadisə Bakı-Quba yolunun 99-cu km-də qeydə alınıb. "Mercedes Vita" (mikroavtobus - red.) markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində "Mercedes"də olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ