RU
Siyəzəndə şagird məktəbdə bıçaqlandı
13:00
267

Siyəzəndə şagird məktəbdə bıçaqlandı

Siyəzən rayonunda orta məktəbdə bıçaqlanma olub.

Hadisə Siyəzən şəhər 1 saylı orta məktəbdə baş verib.

Həmin məktəbin 9-cu sinif şagirdi olan Aydın (şərti) 10-cu sinifdə oxuyan Tamerlanı (şərti) bıçaqlayıb. Ağır xəsarət alan məktəbli xəstəxanaya çatdırılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. 

Hadisəni törədən 9-cu sinif şagirdi saxlanılıb.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ