RU
Sizi təəccübləndirəcək 15 qədim əşya
20:45
359

Sizi təəccübləndirəcək 15 qədim əşya

Reddit istifadəçiləri tez-tez köhnə evdə yaxud elə küçədə, yerdən tapdıqları təəccüblü əşyaların şəkillərini paylaşırlar. Bəzən belə tapıntıların yaşı yüzdən çox olur. Reddit-də fotoşəkli yayımlanmış 15 qəribə tapıntı ilə tanış olaq.

1. Bağda tapılmış fiqur. Məlum olub ki, onun 3-4 min il yaşı ola bilər. Parma muzeyinə verilib.

Foto: lodeluxMeaLux / Reddit

2. Şekspirin pyeslərinin miniatür toplusu. 111 yaşı var.

Foto: FX114 / Reddit

3. 1932-ci ildə təsis olunmuş "Bənövşəyi ürək” medalı (ABŞ-da qəhərmanlığa görə verilir). Atılmış evdə zibil yeşiyindən tapılıb və hərbçinin qohumlarına qaytarılıb.

Foto: Phabricated_Phocks / Reddit

4. 1904-cü ilin kassa aparatı. Hələ də işlək vəziyyətdədir.

Foto: baggedlunch / Reddit

5. 60 ildən çox yaşı olan prezervativlər.

Foto: dawoooo / Reddit

6. Aerolux Light Corporation şirkətindən qazla işləyən lampa. Belə lampalar 1930-70-ci illərdə buraxılıb.

Foto: Proteon / Reddit

7. Uzaq 60-cı illərin kalkulyatoru

Foto: eggnoodlericecakes / Reddit

8. Almaniyada təxminən 1380-ci ildə hazırlanmış qədim qapı. Kilid yerinin altındakı qövs evə sərxoş gələn şəxsin açarı qapıya rahat taxması üçün nəzərdə tutulub.

Foto: alphapaul98 / Reddit

9. 1969-cu ildə buraxılmış və amerikalıların Aya enməsinə həsr olunmuş qəzet.

Foto: Sloppypiggyjoe / Reddit

10. 1925-ci ildə tikilmiş evin divarından tapılmış "Monopoliya” oyunu.

Foto: murphman84 / Reddit

11. Sonuncu qeydin 1777-ci ildə edildiyi gəmi jurnalı.

Foto: albrock / Reddit

12. Roma imperiyasının təxminən 306-337-ci illərə aid edilən bürünc pulu. Metalaxtaranın köməyi ilə yerin altından tapılıb.

Foto: bitcoinsucksass / Reddit

13. 1797-ci ilə aid yaxşı qalmış sikkə isə belə görünür.

Foto: Ihaha07 / Reddit

14. Əntiq üslubda akvarium.

Foto: Proteon / Reddit

15. Bığlarınızı quru saxlayan qədim fincan.

Foto: strychnine213 / Reddit

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ