RU
`Skype`da yeni virus
11:23
532

`Skype`da yeni virus

`T9000` adlanan yeni virus `Skype` istifadəçilərinin danışıqları və şəxsi məlumatlarını yazır.

Bu barədə 7News.Az `Daily Mail`-ə istinadən xəbər verir. 

İlk dəfə virus haqqında məlumatı `Palo Alto Networks` şirkətinin ekspertləri yayıblar. Bu zərərli proqramı hətta `Kaspersky`, `Norton`, `AVG` və digər məşhur antiviruslar da aşkarlaya bilmir. 

“Bu virusun ilkin funksiyası istifadəçi haqqında məlumat yığmaqdır”, - deyə `Palo Alto` eksperti bildirib. 

Kompüterlər Rich Text Format (RTF) formatında faylların işə salınması ilə bu virusa yoluxur. Bundan sonra troyan çoxpilləli quraşdırma prosesini işə salır ki, bu da hər addımda anti-virus proqram təminatının olub - olmamasını yoxlayır.

Tam yoxlamadan sonra virus yoluxmuş sistemdən məlumatları toplayıb və hakerin serverinə göndərir. 

`Skype` rəsmisi isə yeni virus haqqında məlumat və onun potensial təhlükələri araşdırılır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ