RU
SNHR:
17:37
50

SNHR: "Suriyada 717 jurnalist öldürülüb"


Suriya İnsan Haqları Şəbəkəsindən (SNHR) məlumat verilib ki, Suriyada vətəndaş müharibəsi başlayandan indiyədək 717 mətbuat nümayəndəsi öldürülüb.

7NEWS.az xəbər verir ki, SNHR hesabatı Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə dərc edib. Suriyadakı vətəndaş müharibəsi səbəbilə jurnalistika sahəsində çalışanlara qarşı insan haqları pozuntularının davam etdiyi vurğulanan hesabatda, vətəndaş müharibəsindən bu yana media sahəsində çalışan 6-sı qadın, 9-u əcnəbi olmaqla 717 nəfərin öldürüldüyünə dair məlumatlar yer alıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ