RU
Sobanın üstünə yıxılaraq yandı
02:40
284

Sobanın üstünə yıxılaraq yandı

Bu gün axşam saatlarında Quba rayonunun 1-cu Nügədi kəndində bədbəxt hadisə baş verib.

1982-ci il təvəllüdlü kənd sakini İsgəndərova Fidan Bəhruz qızı yanan sobanın üstünə yıxılıb.

O, yaxınları tərəfindən Quba Mərkəzi rayon Xəstəxanasında çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən 34 yaşlı qadına bədənin müxtəlif nahiyələrinin 2-ci dərəcəli termik yanığı diaqnozu qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ